“Ən gözəl burun yaxşı nəfəs ala bilən burundur”

“Ən gözəl burun yaxşı nəfəs ala bilən burundur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə bildirib. 

Bakıda “Universal Hospital”da da müayinə və əməliyyatlar həyata keçirən cərrah bunları qeyd edib:

“İstər Almaniyada, istərsə də Azərbaycanda çox gözəl estetik buruna sahib pasiyentlər olur ki, burunla nəfəs ala bilmədikləri üçün özlərini xoşbəxt hiss etmirlər”.

C.Hüseynzadə bir daha vurğulayıb ki, burunun əsas funksiyası nəfəs almaqdır:

“Əgər bu funksiyanı pozuruqsa, burun nə qədər gözəl alınsa da, pasiyentin ona sevgisi qalmır, çünki başa düşür ki, onun həyat keyfiyyətini aşağı salan məhz burundur, nəfəs ala bilmir”. 

Şöbə müdiri burunun gözəlliyi ilə bağlı belə bənzətmə aparıb:

“Fərqli rəssamlar var. Hərə mənzərəni bir cür görür, rəsmi bir cür çəkir. Hər rəssamı da sevən auditoriyası və şəkillərini ala biləcək müştəriləri var. Buruna da elə baxmaq lazımdır. Hər bir cərrahın öz əl işi, dəsti-xətti, estetik baxışı və bunları bəyənib onun yanına gələn pasiyentləri var”.

C.Hüseynzadə, eyni zamanda daha bir önəmli məsələyə toxunub:

“Bəzən sual yaranır ki, bəs burun əməliyyatını kim etməlidir: LOR həkimi və ya plastik cərrah. Düşünürəm ki, kimin etdiyi önəmli deyil. Ən önəmli məsələ bunu edən həkimin bu sahədə anatomik, burunun funksionallığı barədə biliklərə sahib olmasıdır. Burunu gözəl etmək naminə anatomik, bizə vacib olan hissələrini dağıdaraq, pozaraq sonrakı dövrlərdə pasiyentə problemlər yaratmaq olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi - Prezident Administrasiyasının rəhbəri

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

End of content

No more pages to load

RADİO