Oktyabrda hava necə olacaq? – PROQNOZ

Oktyabr ayına olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. 

Bildirilib ki, oktyabr ayında aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. 

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-40 mm). 
 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). 


Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 47-56 mm). 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm). 

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 31-61 mm). 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm). 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
 

Gecələr havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacağı gözlənilir. 


Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 4-9 isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

Türkiyədə Heydər Əliyevin xatirəsi anıldı

Türkiyədə Heydər Əliyevin xatirəsi anıldı

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdü - FOTO-VİDEO

İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdü - FOTO-VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov

Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

End of content

No more pages to load

RADİO