“Parlament seçkilərində namizədlərin məntəqələrə daxil olması etik qaydalara uyğun deyil. Uduzacağını bilən namizədlər məntəqələrə girir, məntəqə sədrlərini əsəbləşdirirdilər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclasında deyib.
O, növbəti seçkilərdə namizədlərin məntəqələrə daxil olmasının qadağan olunmasını təklif edib.
Günay Şahmar, Bizim.Media