Qax rayonunda motosikletin qəzaya uğraması nəticəsində sürücü ölüb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 28-də saat 07 radələrində Qax rayonunun Zəyəm kəndi ərazisində motosiklet idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1993-cü il təvəllüdlü Sənan İdrisli aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bizim.Media