Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media