Beyləqanda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Mustafayeva, Rəvan Məhərrəmov xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib və səhhətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.