Gəncədə Anım Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO

27 Sentyabr – Anım Günü ilə bağlı Gəncədə ümumşəhər tədbiri keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən universitet rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları “İstiqlal” parkının ərazisində yerləşən “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri düzüblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Tədbir şəhərin Şəhidlər xiyabanında davam edib. Rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə bildirilib ki, 27 Sentyabr 2020-ci il tarixi 30 ilin işğalına, torpaq həsrətinə son qoyan tarixi Zəfərin başladığı gün kimi tarixə düşüb. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Bu gün Vətənimizin hər bir nöqtəsində Azərbaycan Respublikasınının dövlət bayrağı dalğalanmaqdadır.

Qürurverici haldır ki, möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı 19 sentyabr 2024-cü il tarixli Sərəncama əsasən hər il sentyabr ayının 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.

Çıxışdan sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışında - FOTO

İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışında - FOTO

Yevlax qəzasında xəsarət alanların SON DURUMU

Yevlax qəzasında xəsarət alanların SON DURUMU

Sabahın HAVASI: 30 dərəcə isti olacaq

Sabahın HAVASI: 30 dərəcə isti olacaq

Kursk vilayətində 2300 Şimali Koreya əsgəri öldürülüb?

Kursk vilayətində 2300 Şimali Koreya əsgəri öldürülüb?

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

End of content

No more pages to load

RADİO