Tıxacdan qurtulmağın YOLU – Azərbaycanda iş və dərs saatları DƏYİŞDİRİLİR?

Bakının bitməyən tıxac problemi son vaxtların əsas müzakirə mövzularından birinə çevrilib. Mütəxəssislər bunun səbəbi və həll yolu barədə müxtəlif variantlar irəli sürürlər. İş yerlərinin, dövlət qurumlarının və təhsil müəssisələrinin başlama saatının eyni, yəni saat 09:00-da olması sıxlığın əsas səbəblərindən biridir. Çünki  həm işə gedən insanların, həm də tələbələrin eyni vaxtda yola çıxması  tıxac yaradır. Mütəxəssislərin fikrincə, iş və dərs saatları üst-üstə düşməsə, problem nisbətən azala bilər.  

Bizim.Media məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.

Universitetlərdə dərsin başlama sistemi dəyişdirilə bilər?

Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, universitetlərdə dərslərin həmin saatda başlamasının məcburiyyəti var. Çünki ali təhsil müəssisələrində dərslər əsasən 3 növbəli olur: Səhər, günorta və magistrlar üçün axşam növbəsi...

“Yəni, 3 növbəyə görə dərs saatının dəyişdirilməsi problem ola bilər. Ancaq bu, iş yerlərində mümkündür. Məsələn, 8-də başlayıb 5-də bitə bilər və ya səhər 10 axşam saat  7 kimi dəyişdirilə bilər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə isə məsələ ciddi araşdırılmalı, ona görə tənzimlənməlidir:

“Problem təkcə saatların dəyişdirilməsiylə bitmir. Vaxt ümumi məsələyə təsir edəcək, amma bu, əsas çözüm deyil. Həmin vaxtda hansı vasitəylə hərəkət etdiyimiz də önəmlidir”.

Ekspert vurğulayıb ki, bu gün əsas problem saatlar yox, səfərlərin təşkilində fərdi nəqliyyatın faizinin çox olmasıdır:

“Bu da nəqliyyatın çox yüklənməsinə, tıxacın yaranmasına səbəb olur. Buna görə də nəqliyyatın yaxşılaşdırılması üçün başqa məsələlərə də istiqamətlənmək lazımdır. Məsələn, avtobus dayanacaqlarına gedən səkilərə nəzarət olunmalı, bariyerlər yığışdırılmalı, metro və dəmir yolu inkişaf etdirilməli, müəyyən xətlərin ayrılmaması və bundan yaranan sıxlıq problemi var. Bu həll olunmalı, dəmir yolunda qatar sayı artırılmalı, köhnə sənaye yolları modernləşdirilməlidir. Həmçinin, mövcud şəbəkə sağlamlaşdırılmalıdır, elə Binə və Maştağaya nəzər salsaq görərik ki, hər ikisi ayrıca şəhər kimidir.

Ancaq ictimai nəqliyyat sadəcə avtobuslar vasitəsilədir. Bu problemlər həll olmadıqca, insanlar fərdi nəqliyyata üz tutacaqlar. Yəni, məsələnin əsas həll yolları bunlardır”.

Müsahibimiz  sonda onu da bildirib ki, bu problemlər vaxtın dəyişdirilməsiylə birgə həll olunarsa, məsələyə müsbət təsir edər.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

End of content

No more pages to load

RADİO