Ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya Federasiyasının üç vilayəti üzərində 7 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyevin Rusiya Federasiyası ərazisindəki obyektlərdə təyyarə tipli PUA-lardan istifadə etməklə zərbə endirmək cəhdinin qarşısı alındı, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın yeddi pilotsuz uçuş aparatını məhv etdi (4 PUA Belqorod, 1 PUA Kursk, 2 PUA Bryansk vilayəti ərazisində)”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiya Federasiyasının sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur və hücuma keçir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.
Bizim.Media