TƏBİB xəstələr üçün yeni təxliyə planı HAZIRLADI - FOTO

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müşavirədə tabeli tibb müəssisələrində mövcud vəziyyət, vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi, bu sahələrdə olan çatışmazlıqların aradan qaldırılması və s. məsələlərə dair geniş müzakirələr aparılıb.
 

Həmçinin, tarixi zəfərimizin növbəti ildönümünün yaxınlaşması və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə iştirakla bağlı xüsusi tapşırıqlar verilib.


Eyni zamanda, müşavirədə bundan əvvəl keçirilmiş geniştərkibli iclas zamanı TƏBİB-in icraçı direktoru tərəfindən verilən tapşırıqların icrası, tibb müəssisələrində keyfiyyətin idarə olunması, tibb müəssisələri arasında xəstə təxliyələrinin koordinasiyası, xidmət keyfiyyətinin yüksəldilməsi, ana-uşaq ölümü hallarının minimuma endirilməsi istiqamətində atılan addımlar, tibb müəssisələrində müayinə və əməliyyat qarşılığında əlavə ödənişlərin tələb edilməsi kimi neqativ hallar və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb, məruzələr dinlənilib. 

Bu il ərzində TƏBİB tabeli tibb müəssisələrində İnfeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) və Keyfiyyətin idarə olunması (KİO) sahələri üzrə görülmüş işlərlə bağlı məlumat verən TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov ətraflı məruzə ilə çıxış edib.

Tibb müəssisələrində İPİN fəaliyyətinin tətbiq edilməsi və inkişafında müsbət nəticələrin izlənildiyini bildirən A.İsrafilov hazırda tabelikdə olan 52 tibb müəssisəsində Keyfiyyətin idarə olunması üzrə mütəxəssislərin fəaliyyət göstərdiyini vurğulayıb.

O, həmçinin bildirib ki, artıq bir çox tibb müəssisələrində Mərkəzi Sterilizasiya şöbələri də müasir tələblərə uyğunlaşdırılıb.

Bundan əlavə, tibb müəssisələri arasında xəstə təxliyələri üçün təxliyə planının hazırlanması barədə də məlumat verən A.İsrafilov yeni təxliyə planının təqdimatını edib.

Ölkə üzrə ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin sürətləndirilməsi və optimallaşdırılması məqsədilə TƏBİB-də yeni yaradılan İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı isə bu sahə üzrə müşahidə olunan hazırkı vəziyyət, qarşıya qoyulan tapşırıq və yeni planlar haqqında müşavirə iştirakçılarını məlumatlandırıb.
 

Müşavirə zamanı Əmək Məcəlləsinə olan yeni dəyişikliklər, əmək müqaviləsinə xitam verilməsi şərtləri, işə qəbul qaydaları və s. haqqında məlumat verən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev bildirib ki, yeni qaydalara əsasən bundan sonra əmək müqavilələrinin elektron formada hazırlanması və imzalanması nəzərdə tutulub.


E.Xasıyev Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən bütün tabeli tibb müəssisələrində işçilərə elektron kabinetlərin yaradılmasının tam təmin olunması və icrasına əməl edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Yekun nitq ilə çıxış edən Vüqar Qurbanov qeyd edib ki, ən vacib məsələ ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqları xüsusi həssaslıqla yerinə yetirməkdir:

"Müəssisə rəhbərləri qarşısında qoyulan əsas istiqamət vicdanla xidmət etməkdir. İşinizin daha keyfiyyətli görülməsi üçün isə bütün imkanlar səfərbər olunub, hər cür şərait yaradılıb. Ötən dövrlə müqayisədə, əlbəttə ki, tibbi xidmətin keyfiyyəti və görülən işlərdə şəffaflıq baxımından böyük yol qət etmişik. Lakin TƏBİB olaraq bununla kifayətlənə bilmərik! Sizdən hədəf və gözləntilərimiz daha böyükdür!".

Müşavirənin sonunda tibb müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan yoxlamalar zamanı aşkarlanmış qüsur və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib və qısa zamanda onların aradan qaldırılması tələb olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

End of content

No more pages to load

RADİO