İşğaldan azad edilmiş ərazilərdə ilk həmkarlar ittifaqı fəaliyyətə BAŞLADI - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb və bildirib ki, komitə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır. 

Bunu həmkarlar ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin səmərəli fəaliyyəti üçün onlara həm üzv olduqları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm də AHİK tərəfindən hər cür dəstəyin göstəriləcəyini vurğulayıb.

Konfederasiya sədri qeyd edib ki, Şərqi Zəngəzuru və Qarabağı xalqımıza qaytaran cənab Prezident İlham Əliyev bu gün həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin də baş memarıdır.

Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yaxın gələcəkdə əvvəlkindən də yaxşı görkəm alacaq və ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi inkişafına böyük töhfələr verəcək. 

İttifaq üzvləri üçün layiqli iş şəratinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın vaxtlarda Şərqi Zəngəzur və Qarabağda həmkarlar ittifaqı təşkilatlarının sayının artacağına əminliyini də ifadə edib.

Xidmətin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir.
 

O həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün və şəhid ailələri olduğunu və səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini və qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.


Sonda AHİK sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət heyətinin qərarını Həmid Mehdiyevə təqdim edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

End of content

No more pages to load

RADİO