Bərdədə yırtıcı heyvan fərdi təsərrüfata hücum edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Mirzəxanlı kəndində Malik Əsgərova məxsus heyvandarlıq təsərrüfatına canavar hücum edib.
Yırtıcı sözügedən təsərrüfata məxsus bir baş atı yaralasa da onun balasını parçalayaraq tələf edib.
Təsərrüfat sahibi yırtıcının qoyun tövləsinə hücum etməsinə mane olub.
Bizim.Media