Rus sektoru TRENDİ – Niyə hər kəs övladını bu dildə oxutmaq yarışına ÇIXIB?

Azərbaycanda bir neçə ildir ümumtəhsil məktəblərində rus bölməsi üzrə təhsil almaq istəyənlərin valideynləri yerlərin məhdudluğundan şikayətlənirlər. Valideynlər bəzi ərazilərdəki məktəblərdə rus bölməsi olmadığından rus bölməsi olan məktəblərdə sıxlığın yarandığını deyirlər. Belə qəsəbələrdən biri də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Qəsəbədə 4 məktəb olsa da heç birində rus bölməsi üzrə tədris aparılmır.

Azərbaycan məktəblərində rus bölməsinin olması çox sayda müzakirələr yaradır. Bu bölmələr əsasən ailədə ünsiyyət dili rus dili olan uşaqlar üçün nəzərdə tutulub. Son vaxtlar ailədə ana dilində danışanların da rus bölməsinə maraq göstərdiyinin şahidi oluruq

Bəs bu valideynlərin marağına səbəb nədir? Onlar niyə övladlarının daha çox rus bölməsində təhsil almasını istəyirlər?
 

MÖVZU İLƏ BAĞLI:

Şuşadakı məktəbdə rus bölməsi fəaliyyət göstərməyəcək


Mövzu barədə Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, rus dilində tədris aparılan məktəblərin sayı faiz nisbətində çox azdır:

“Hazırda ölkədəki orta təhsil müəssisələrinin sayı 4532-dir. 340 məktəbdə Rus dili və Azərbaycan dili bölmələri üzrə tədris aparılır. Yalnız 17 məktəbdə təhsil ancaq rus dilindədir. Yəni ölkədəki rus dilində tədris aparılan məktəblərin sayı ümumi məktəblərin az hissəsidir. 

İldən-ilə valideynlərin rus dilinə marağı artır, onlar övladlarının rus dilli bölmələrdə təhsil almasına xüsusi səy göstərirlər. Heç kimin fikrinə, seçiminə qarışmaq səlahiyyətimiz yoxdur. Sadəcə, bir təhsil işçisi, vətəndaş kimi bəzi mexanizmlərin tam anlaşılmadığını bildirmək istəyirəm. 

Əgər bir ailədə uzun illərdir ünsiyyət dili yalnız rus dilidir və orada göz açan uşaq yalnız rus dilində danışsa, həmin ailənin uşaqlarını rusdilli bölməyə qoyması başadüşüləndir”.

O, rus dili bilməyən uşaqların birdən-birə rus bölməsində təhsil almasının zərərli olduğunu bildirib:

“Ailədə ünsiyyət dili hansıdırsa, o ailədə göz açan uşaq da həmin dildə danışacaq. 6, 7 yaşınadək Azərbaycan dilində danışan bir uşağı biz qəfil rusdilli sinfə alırıq, bu da bir neçə il uşağı düşüncə olaraq iflic vəziyyətinə gətirir. 

Valideyn rus bölməsinə xüsusi sevdası səbəbindən öz uşağının təhsil göstəricilərinin fərqində olmur. Valideynin əsaslandırması uşağın orta məktəbdə oxuduğu müddətdə rus dilini öyrənməsidir. Rusdilli tədris  bölməsi rus dilini öyrədən kurs deyil. Rus dilini bilmək təqdirəlayiqdir. Əlbəttə, möhtəşəm ədəbiyyat nümunələri bu dildədir, əmək bazarının tələbləri var. Rus dilini və digər dilləri orta məktəbdə o dildə tədris keçmədən də öyrənmək mümkündür. Yəni, bu, əsassız arqumentdir”.

Ekspert hesab edir ki, burada psixoloji amil də var:

“Burada bir psixoloji amil var. Cəmiyyətdə bəzi insanlar çox tez manipulyasiya oluna bilirlər. Kütləvi şəkildə universitet oxumağa maraq da bundan irəli gəlir. Bunlar hamısı “qonşudan geri qalma” narahatlığıdır. 

Gender bərabərsizliyinin əleyhinəyəm, amma daha çox analar bunu istəyirlər. Yəni seçim əsaslandırılmış olmalıdır. Onda əsalandırılmış olardı ki, rus dilli məktəblərdə tədrisin keyfiyyəti Azərbaycan dilli məktəblərdən yaxşı olardı, ordakı uşaqların təhsil göstəriciləri yüksək olardı. Bu da əksinədir”.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

End of content

No more pages to load

RADİO