Biləsuvar ərazisində minik avtomobili "Man" markalı yük maşınına çırpılıb.
Bizim.Media xəbər verir ki, nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, dünyasını dəyişib.
İlkin rəylərə görə, dönmə zamanı idarəetmədən çıxan minik avtomobili zərblə yük maşınına çırpılıb.
İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.






Sabutay, Bizim.Media, Cənub bürosu