Axşam saatlarında Quba şəhərində baş verən qəzada ölən və yaralananın kimliyi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəza zamanı "Opel"markalı avtomaşınla "Mercedes" markalı avtomaşın toqquşub.
Nəticədə "Opel"in sürücüsü, Qubanın İkinci Nügədi kənd sakini, 42 yaşlı Elşad Qayıbov yerindəcə ölüb. "Mercedes"in sürücüsü, Bakı şəhər sakini, 28 yaşlı Kənan Cabbarov isə müxtəlif bədən xəsarətləri ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.