Bakının Yasamal rayonunda avtomobil yanıb.
Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin report-a verdiyi məlumata görə, Dadaş Bünyadzadə küçəsində "Kia Optima" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bizim.Media