Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə "Kia Sportage" markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin avtomobillər artıq müvafiq qurumların istifadəsinə verilib.
Bizim.Media