Bu ilin yazında günorta saatlarında Abşeron dairəvi yolunda ləğv olunan 6 reysin 4-ü 16 sentyabrdan bərpa olunub.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O, digər 2 reysin də ilin sonunadək bərpa olunmasının gözlənildiyini bildirib:
"Reyslər arasında pəncərənin verilməsi bizim kontakt şəbəkədə infrastrukturda apardığımız sağlamlaşdırma işləri ilə bağlıdır. Bu, qatarların hər hansı qrafikdən çıxması və xoşagəlməz halların baş verməməsi baxımdan önəmlidir".
Günay Şahmar, Səid Qurbanov, Bizim.Media