Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H. Əsədov VII çağırış Milli Məclisin deputatı seçilib. Qanunvericiliyə əsasən, deputatlar hər hansı ödənişli vəzifə tuta bilməzlər.
Xatırladaq ki, Heydər Əsədov 2019-cu ildən bəri Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru idi.
Bizim.Media