Respublikaçı Alternativ (ReAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.
Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Qeyd edək ki, 2018-ci ildən etibarən ReAL-a İlqar Məmmədov sədrlik edirdi. O, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərindəki uğursuzluğa görə partiya sədrliyindən istefa verdiyini açıqlayıb.

Bizim.Media