Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Xatınlı kənd sakini, 1989-cu il təvəllüdlü Şahməddin Cəfərov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, o, həmkəndlisi tərəfindən bıçaq xəsarəti alıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ikisinin arasında yaranan münaqişə zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu