Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə yaşayış evlərinin yaxınlığında yerləşən qamışlıq ərazidə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Bizim.Media