Ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarəti bərpa etdiyi Xankəndidə ilk toy mərasimi keçiriləcək.
Bizim.Media xəbər verir ki, mərasim Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimli və Rəvanə adlı xanımla ailə həyatı qurması münasibəti ilə təşkil olunacaq.
Toy Xankəndidə yerləşən “Meydan” restoranında keçiriləcək.
Xatırladaq ki, Xankəndi 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu şəhərə nəzarəti tam bərpa edib.

Bizim.Media