Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Mercedes markalı mikroavtobus Ucar istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu