Ağdam-Xankəndi yolunda işlər nə yerdədir? – FOTO

“Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir”.

Bizim.Media xəbər verir ki, bu barədə yolda aparılan tikinti işləri barədə jurnalistlərə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Məmməd Məmmədov bildirib.
 

“Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrlik hissəsindən ayrılan Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun ümumi uzunluğu 33,6 kilometr təşkil edir. Qarabağın inkişaf planı nəzərə alınaraq, avtomobil yolu 1 və 2-ci texniki dərəcəyə uyğun layihələndirilib. Avtomobil yolunun 12 kilometrlik hissəsi ikinci dərəcəyə uyğun yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 15 metr, zolaqların sayı 2 ədəd, hərəkət hissəsinin eni isə 7,5 metr olacaq.


Avtomobil yolunun 21,6 kilometr hissəsi 1-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 26,5 metr, hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı isə iki gediş, iki gəliş olmaqla, 4 hissədən ibarət olacaq. Yolboyu müxtəlif diametrli su ötürücü boruların tikintisi, 2 ədəd keçid, 5 ədəd körpünün inşası nəzərdə tutulub.

Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək”, - AAYDA rəsmisi əlavə edib.





Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

End of content

No more pages to load

RADİO