Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü küçəsində baş verib.
Hərəkətdə olan "VAZ-2107" və "HYUNDAİ" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü T.Abidi, 2002-ci il təvəllüdlü C.Namazov və 2003-cü il təvəllüdlü B.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu