Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Bu barədə Bizim.Media-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
Bizim.Media