Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. Paşşanovun kəsici alətlə kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İbrahimlin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media