Vətəndaşları qumar oyunlarına cəlb edən şəbəkə ifşa edildi: 20 milyonluq vəsait… - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. 

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər.
 

Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.


Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. 

Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər.

Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. 

Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. 

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. 
 

Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub.


Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb.

Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.

İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası CM-in 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

End of content

No more pages to load

RADİO