Qalmaqallarla məşhurlaşan Uşaq evində növbəti dəfə ARAŞDIRMALARA başlandı - VİDEO

Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində baş verən növbəti qalmaqal aktuallaşıb. Uşaq evinin sakini 13 yaşlı Ramal Rəsulov internatdan qaçıb.

Bu barədə yeniyetmə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciətində deyib.

Onun sözlərinə görə uşaq evində döyüldüyü, təhqir edildiyi üçün qaçıb və 8 gündür ki, küçədə qalır.
 

MÖVZU İLƏ BAĞLI:

3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuran niyə həkimə APARILMIR? - VİDEO


“Mən orada qalmaq istəmirəm. Bizi orada asılqanla, bərk əşyalarla döyürlər. Bizi cəzalandırmağı uşaq evinin digər sakinlərinə tapşırırlar. Məsələn, orada Elvin adlı oğlan var. Müəllimə döydürmək istədiyi uşaqları ona təhvil verir. Deyir, Elvin, get filankəsin ayağını sındır. O da icra edir. İlahə müəllimə 3 uşağı ikinci mərtəbənin pəncərəsindən atırdı.

Müəllimələr anamızı söyürdülər. Tərbiyəsiz şeylər göstərirdilər. Bizi dəhlizdə və ayaqyolunda döyürlər. Çünki orada kamera yoxdur. Bizə verdikləri ətin içindən qurd çıxı. Bura tək özüm üçün deyil, oradakı bütün uşaqlar üçün sizə müraciət edirəm”, - deyə yeniyetmə yenidən həmin uşaq evinə qayıtmamaq üçün ağlayıb. 

Xətai rayonu 3 saylı Uşaq evində baş verən növbəti qalmaqal ictimaiyyətdə ciddi rezonans doğurub. 

Məsələ ilə bağlı Sosial xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Bizim.Media-ya açıqlamasında deyib ki, 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib. 

Hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.

Qeyd edək ki, 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Ötən il həmin uşaq evindən başqa bir yeniyetmə çok faktları açıqlamışdı. 
 

Bundan əlavə sözügedən Uşaq evi ilə bağlı 2022-ci ildə başqa bir dəhşətli faktın üstü açılmışdı. Bu səbəbdən ötən il tez-tez adı qalmaqallarda çəkilən 3 saylı Uşaq evinin dirüktoru vəzifəsindən azad edilmiş, yerinə başqa bir təyinat olmuşdu. 


Görünür Uşaq evinin müəllim heyətində də ciddi dəyişikliyə və yoxlamalara ehtiyac var. 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

End of content

No more pages to load

RADİO