“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair toplantı KEÇİRİLDİ – FOTO

19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.


Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır.

Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.


“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – R.Rüstəmov qeyd edib.

ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.


“Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır.

Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq.

Burada Orta Dəhliz ilə TransƏfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”, – R.Rüstəmov əlavə edib.


ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.

Tədbirdə “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev dəstəkləyərək bildirib ki, Avropa ölkələrinin Mərkəzi Asiya bazarlarına, xüsusilə Özbəkistan bazarına artan marağı müşahidə olunur. Özbəkistan da Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşıma əməliyyatlarına maraq göstərir.


Sonra tədbirdə çıxış edən Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların böyük potensialı olduğunu qeyd edib.

U.Yalçın əlavə edib ki, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhliz üzrə yükdaşımaların artırılmasına böyük təkan verəcək.


Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) prezidenti Yanq Bin isə ölkəsinin Orta Dəhlizlə yükdaşımaların artmasında maraqlı olduğunu bildirib və qeyd edib ki, CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması bu dəhlizlə yük həcmlərinin artmasına töhfə verəcək.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

End of content

No more pages to load

RADİO