Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK ETDİ

Müdafiə naziri Zakir Həsənov 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! 

Sizi müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramlarından biri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni təsis edilmiş 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram. 
 

Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunmuş, müdafiə qüdrətimizin artırılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin etmişdir. 


2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpası ilə başa çatmışdır.

Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları ölkəmizin ərazisindən çıxarılmamış, təxribatlar yenə də davam etdirilmişdir.

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirilmişdir. 

Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. 

Müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 

Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə bildirməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuşdur. 
 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu tarixi gündə də dərin hörmət və ehtiramla anırıq.


Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. 

Azərbaycanın suverenliyi uğrunda şəhid olan hərbi qulluqçularımızın ailə üzvlərini, sağlamlığını itirən silahdaşlarımızı və əziz veteranlarımızı bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. 

Bir daha Sizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, şərəfli xidmətinizdə daha böyük uğurlar arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

End of content

No more pages to load

RADİO