Digər ölkələrdə QADAĞA, Azərbaycanda hədsiz İSTİFADƏ – Hansı məhsullarımızda palma yağı var?

Azərbaycan bazarlarında istehlakçıya təklif olunan kərə yağlarının, "duru yağ" kimi adlandırılan bitki yağlarının tərkibində insan sağlamlığı üçün zərərli olan palma yağlarından istifadə olunduğu bildirilir. Bu gün satılan məhsulların üzərində tərkibində palma yağının olması ilə bağlı yazıya rast gəlinmir. İnsanlar arasında ziyanlı maddə kimi tanınan palma yağını gizlətmək üçün qidanın tərkibində bitki yağı, yaxud palma turşusu və ya bu kimi adlar yazılır. Bəzən isə tərkib haqqında yazılar o qədər kiçik ölçüdə və qarışıq qeyd edilir ki, hər kəsin oxuması mümkün olmur. 

Dünya bazarında palma yağından və ondan hazırlanmış məhsullardan istifadə edilməsi reallıqdır. Azərbaycan da idxalçı ölkələrdən olduğuna görə belə məhsulların ölkəmizdə istifadəsi qaçılmazdır.

Palma yağının insan orqanizminə təsiri nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Palma yağlarının təhlükəsi – “Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var” - ARAŞDIRMA


Palma yağı yüksək doymuş yağ tərkibli bitki yağı növüdür. İstehsal xərclərinin az olması səbəbindən yüksək tələbat olan palma yağından müxtəlif məhsullarda istifadə edilir. Mütəxəssilər hesab edirlər ki, palma yağı bir çox xəstəliyə, o cümlədən, ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına və xərçəngə səbəb ola bilər.

Hansı məhsullarda palma yağı var?

Bir çox məhsulların, kərə yağı, dondurma, cips, şokolad, paketlənmiş çörək və bir sıra gündəlik qida rasionumuza aid etdiyimiz tərkibində var. Palma yağı, həmçinin, şampun, dodaq boyası və digər yuyucu vasitələrin tərkibində qalmaqdadır.

Hər gün istifadə etdiyimiz yağların tərkibi və keyfiyyəti yoxlanılırmı?

Mövzu barədə Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib ki, palma yağından istifadə məhsulun ömrünü uzadır:

“Günü-gündən inkişaf edən dünyada qida çeşidi artır. Çeşid çoxluğu heç də hamısı sağlamlıq tərəfdən deyil, əksər hallarda qidaların daha ucuz xammaldan əldə olunması və xüsusilə də rəf ömrünün uzun olmasına hesablanmış istehsal artımıdır. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olması gecikir, eyni zamanda, daha ucuz başa gəlir”.

O bildirib ki, bəzi ölkələrdə palma yağından istifadə qadağan edilib:

“Bir çox ölkələrdə məhsulların tərkibində palma yağından istifadə edilsə də bəzi ölkələrdə, xüsusilə, uşaq qidalarında buna qadağalar qoyulub. Avropa Qida Təhlükəsizliyi Agentliyinin 2016-cı ildə apardığı araşdırmaların nəticələrində gündəlik olaraq hər bir qidada palma yağından istifadə edən insanlar normadan artıq istifadə etdiyi üçün sağlamlığında müəyyən təhlükələrin yarandığı göstərilib. 

Palma yağından, xüsusilə paketlənmiş qidaların əksəriyyətinin tərkibində, eyni zamanda, iaşə obyektlərində verilən qızartma yeməklərində və bir çox şirniyyatların tərkibində istifadə olunur. Bəzən göstərilməsə də, bitki yağları adı altında, bəzən kimyəvi adı ilə, kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar aldıqları məhsulun tərkibi haqqında tam məlumatlı olmurlar”.

Mütəxəssis hesab edir ki, palma yağından az miqdarda istfadənin ağır fəsadları olmur:

“Bir çox araşdırmanın nəticəsi göstərir ki, palma yağı iki üsulla, həm meyvə, həm də dənəsindən alınır. Eyni zamanda, sənaye üsulu hazırlanan yağlar var ki, qida üçün bunların istifadəsi yararlı deyil. Amma təbii haldadırsa, tərkibində A, E vitaminləri varsa, az miqdarda istifadə olunduqda o qədər də zərərli deyil. 

20 yaşa qədər insan orqanizmində hər gün inkişaf getdiyi üçün keyfiyyətsiz yağdan istifadə inkişafdan geri qalmaya, erkən yaşda müəyyən xəstəliklərə tutulmağa səbəb olur. Palma yağından həddən artıq istifadə edən insan orqanizmində pis xolesterinin (LDL) səviyyəsini yüksəldir və yaxşı xolesterinin (HDL) səviyyəsini aşağı salır. Bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır”.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

End of content

No more pages to load

RADİO