Biləsuvar rayonunun Heydər Əlyev prospektində klinikaların birinin qarşısında qəza baş verib.
Bizim.Media xəbər verir ki, “Mercedes Vito” markal mikroavtobus qarşıda hərəkətdə olan “Vaz 2106” markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı "VAZ-2106"nın sürücüsü sıxılı vəziyyətdə maşından çıxarılaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Masallıdan olan sürücü Rüstəmov Vəlihəddin Kamal oğlu Biləsuvar rayonda fəaliyyət göstərən klinikaya xəstə gətirirmiş. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu