Saat 10:00-dan təmir işləri ilə əlaqədar Bakının Binəqədi və Yasamal rayonlarının bəzi hissələrində qaz olmayacaq.
Bizim.Media xəbər verir ki, qazın aşağıdakı ərazilərə verilişi dayandırılır:
Binəqədi rayonunda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələri; Yasamal rayonunda MİDA yaşayış kompleksi, Naftalan klinikası, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi.
Bizim.Media