İlqar Mustafayevin qanunsuz əməlləri ilə bağlı YENİ FAKTLAR üzə çıxdı

Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev korrupsiya cinayətinə görə həbs edilib. Ötən gün onun 2 milyon manatdan bir qədər artıq mənimsəmədə ittiham olunduğu bəlli olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, sözügedən yeyinti məbləği istintaqın ilkin araşdırmasının nəticəsidir. İ.Mustafayevin qanunsuz əməlləri nəticəsində dövlətə dəymiş ziyanın həcmi daha çoxdur.

Bununla bağlı istintaq orqanı artıq yeni dəlil və sübutlar aşkar edib. Hazırda həmin materiallar tədqiq olunur. Ehtimal odur ki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə yenidən ittiham elan ediləcək. Bundan sonra dövlətə dəymiş ziyanın dəqiq məbləği də aydın olacaq.

Bulvar büdcəsində olan pullar necə mənimsənilib?

Əldə edilən məlumata əsasən, İlqar Mustafayevin cinayət işindəki çoxsaylı epizodlardan biri bulvar ərazisində parkinqlərin quraşdırılması ilə bağlıdır. Bu epizodda dövlətin qanunla qorunan mənafeyinə xələl gətirən hərəkətlərlə külli miqdarda vəsait kənarlaşdırılıb.

Digər bir epizodda isə söhbət təmir-quraşdırma işləri adı altında mənimsənilər pullardan gedir. 

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama aparıb. Nəticədə qanun pozuntusu ilə müşayiət edilən xüsusilə külli miqdarda pul vəsaitinin bilinməyən yerlərə sərf edildiyi üzə çıxıb. Məhz bundan sonra Baş Prokurorluğa müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

End of content

No more pages to load

RADİO