Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə Şəhər Baş Polis İdarəsi yayıb.
Qurumun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində atasına məxsus "Opel” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Rövşən Məmmədov yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media