BİZİM TƏQVİM: 13 sentyabrda baş vermiş tarixi hadisələr

13 sentyabr 1826-cı ildə İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bundan əvvəl (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə ruslara məğlub olmuşdu. Bundan sonra Rusiya qoşunlarının Naxçıvan və İrəvan xanlıqları üzərinə hücumları başlandı.

Bəs sentyabrın 13-də dünyada daha hansı hadisələr baş verib?

1. 13 sentyabr 1647-ci ildə italiyan riyaziyyatçı və fizikaçı Torricelli barometri ixtira etdi.

2. 1788-ci ilin bu günü Nyu-York ABŞ-ın paytaxtı elan edilib.

3. 13 sentyabr 1899-cu ildə ABŞ-da ilk avtoqəza baş verib.

4. 13 sentyabr 1901-ci ildə Fransada avtomobillərə məcburi surətdə nömrə nişanları verilməyə başlanılıb.

5. 1902-ci ilin 13 sentyabrında Böyük Britaniyada ilk dəfə təqsirləndirilən şəxsə qarşı sübut olaraq cinayət yerindən götürülən barmaq izlərindən istifadə edilib.

6. 13 sentyabr 1921-ci ildə 21 gün davam edən Sakarya Meydan müharibəsi Türk ordusunun qələbəsilə nəticələndi.

7. 1929-cu ilin bu günündə London Universitetinin Tibbi Araşdırma Klubunun iclasında bakterioloq alim Aleksander Fleminq ilk dəfə penisillini kəşf etdiyini elan edib.

8. 13 sentyabr 1943-cü ildə Çan Kaş Şek Çinin ilk prezidenti oldu.

9. 13 sentyabr 1968-c ildə Albaniya Varşava paktından çıxdı.

10. 13 sentyabr 1980-ci ildə Türkiyədə hakimiyyəti ələ keçirən Kənan Əvrən dövlət başçılığı vəzifəsini öhdəsinə götürdü. Siyasi partiya liderləri saxlanıldı.

11. 13 sentyabr 1993-cü ilde Vaşinqtonda ABŞ prezidenti Bill Klinton, İsrailin baş naziri İshak Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfatın iştirakı ilə İsrail və FAT prinsiplər haqqında birgə Bəyannamə imzaladılar.

12. 1992-ci ilin bu günündə Azərbaycan Dövlət Neft Şirkəti təsis edilib.

Sentyabrın 13-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 13 sentyabr 1874-ci ildə  Avstriya bəstəkarı Arnold Şönberq ( 1874-1951) anadan olub.

2. 13 sentyabr 1894-cü ildə ingilis yazıçısı və dramaturqu Con Boynton Pristli (1894-1984) anadan olub. 

3. 13 sentyabr 1905-ci ildə Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”. 

4. 13 sentyabr 1969-cu ildə Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.

5. 1933-cü ilin bu günündə dünya şöhrətli bəstəkar, Azərbaycan və SSRİ Xalq artisti Arif Məlikov anadan olub. Bir çox musiqi kollektivləri, dünyanın məşhur orkestrləri onun simfonik və musiqili-teatr yaradıcılığına müraciət edir.

Arif Məlikovun əsərləri beynəlxalq festivalların proqramlarına daxil olunur. Nazim Hikmətin eyniadlı dramının süjeti əsasında yazılan “Məhəbbət əfsanəsi” baleti xüsusi populyarlıq qazanıb. Baletə dünyanın müxtəlif səhnələrində 65 dəfədən çox quruluş verilib.

6. 1991-ci ilin 13 sentyabr günü Türk futbolunun əfsanələrindən olan Mətin Oktay qəzaya düşdü və həyatını itirdi.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

End of content

No more pages to load

RADİO