Laçın dağlarında yaralı halda 11 saat döyüşən şəhidimizin QƏHRƏMANLIQ HEKAYƏSİ – VİDEOSÜJET

2003-cü ilin aprelində Astarada balaca Cəmil dünyaya gəldi. Atası Anar müəllimin əlindən tutub  ilk dəfə 2 saylı şəhər məktəbinə aparan küçə ilə addımlayanda nə yaxınlarının, nə də orada yaşayanların ağlına belə gəlməzdi ki, məhz elə bu küçə  19 il sonra Cəmilin adını daşıyacaq. Şəhid Cəmil Qurbanzadə küçəsi!

“Cəmillə bağlı arzularım vardı...”
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Cəmil Qurbanzadənin son görüntüləri YAYILDI - VİDEO 


Cəmilin anası Rumiyyə xanım deyir ki, oğlu uşaqlıqda qorxu hissindən uzaq olub. Haqq bildiyi işdən geri çəkilməyib. 

"Cəmillə bağlı arzularım vardı. Univeristeti bitirməsini istəyirdim. Cəmil iki bacının tək qardaşı idi. Hər bir ananın öz övladları ilə bağlı həmişə arzuları olur. Cəmillə bağlı arzularım yarım qaldı. Deyirdi nə vaxtsa şəhid olsam, dözümlü olarsan. Deyirdim necə dözəcəm? Cavab verirdi ki, digər şəhid anaları necə sən də elə... İndi arzum Cəmilin ayağı dəyib şəhid olduğu torpaqları görməkdir”.

“Ön sırada mən gedəcəyəm...”

Orta məktəb illərində Xocalıya aid şeirləri sakitliklə dinləyə bilməyən Cəmil ”Müharibə başlasa ön sırada mən gedəcəyəm, əsir torpaqların, şəhid Vətən övladlarının qisasını alacağam”- deyirmiş. 30 illik qisasın 44 günə alındığı Vətən müharibəsi başlayanda Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşmış  Cəmil  könüllü ərizə  ilə Hərbi Səfərbərlik İdarəsinə gəlir. Deyir ki, məni düz ermənilərlə üz-üzə göndərin. Cəmilin qəti inadını görənlər onu dilə tuturlar ki, “hələ ehtiyac yoxdur, sən dərslərinə qayıt, lazım olan kimi çağıracağıq”. 

Cəmilin uşaqlıq dostları onun ailəsini unutmurlar. Tez-tez Cəmilin ev-muzeyinə çevrilmiş otağını ziyarət edirlər. Elton Heydərov deyir ki, Cəmil uşaqlıqdan bizi erməni işğalçılarından qisasa hazırlayırdı:

"Biz bir yerdə böyümüşük. Dost deyil, qardaş idik. Həmişə ermənilərdən qisas almalı olduğumuzu deyirdi. Onda hələ biz orta məktəbdə oxuyurduq. Cəmilin şəhid olduğunu mən hərbi xidmətdə olanda eşitdim. Dünya gözümdə qaraldı. Sonra fikirləşdim ki, belə yerdə Cəmil mütləq mənə "başını dik tut" deyərdi. Çünki onun məqsədi bütün hallarda vətən üçün şəhid olmaq idi".

Yaralansa da, 11 saat düşmənlə üz-üzə döyüşdü...

44 günlük müharibədə aldıqları əbədi məğlubiyyət zərbəsini həzm edə bilməyən erməni millətçiliyi zaman-zaman yenə torpaqlarımıza xaincəsinə hücum edib öz xislətini göstərməyə çalışırdı. Cəmil isə qiyabi təhsil aldığı  Azərbaycan Dövlət İdman Akademiyasından hərbiyə yola düşüb və artıq düşmənlə üz-üzə dayanmışdı. 2022-ci ilin 12 sentyabrı da tarixə məhz ermənilərin quldur hücumu kimi daxil oldu. Düşmənin çoxsaylı və qəfil hücumunu öz qanları ilə durduran qəhrəmanların içində Cəmil də vardı. Minamyotla ayağından yaralansa da, Laçın dağlarında  11 saat düşmənlə üz-üzə vuruşur. Hərbi xidmətini başa vurmağa 18 gün qalmış Cəmil öz adını şəhidlik tariximizə yazır.

“Həyətimizdə ağ rəngdə qəribə quş peyda oldu”

Atası Anar müəllim deyir ki, şəhid xəbəri gəlməzdən əvvəl həyətlərində ağ rəngli qəribə bir quş peyda olub. 

"Buna fikir vermədim. İki gün həyətdə qaldı, şəhid xəbəri aldığımız saatlarda uçub getdi.  Sonralar bütün kitabları axtardım, belə bir quş təsvirinə rast gəlmədim. Cəmillə xidmətdə olanda danışırdıq. Çox məsələni demirdi. Oğlum olduğu üçün demirəm, fərqli uşaq idi. Götürün bütün şəhidlərimizin həyatını oxuyun, hər biri sanki şəhidlik yolunu öz alınlarına yazmışdılar. Cəmil orta məktəbdə  oxuyanda Mübarizdən, Pəncəlidən danışmaqdan yorulmurdu, deyirdim hələ tezdi, yaşın tamam olar Vətəni qoruyarsan".

Şəhidin otağından öz məzarı görünür...

Beləliklə bir vaxtlar başı üzərində dalğalandırdığı, sonradan hərbi geyimində ürəyinin başına sıxdığı  üç rəngli bayraq onun şəhid tabutunu  öz əbədi kölgəsində ana torpağın  köksünə daşıyır. 30 mindən artıq insan Cəmilin şəhid tabutunu çiyinlərində gəzdirərək, azadlığı uğrunda mübarizə apardığı Vətən torpağna əmanət etdir və əbədi olaraq şəhidlik zirvəsinə ucalır...

"Cəmil evimizin yaxınlığındakı məzarlıqda dəfn edilib. Məzarı önündə indi yaşıl ağaclar var. Payızda yarpaqlar töküləndə, bilirsiniz nə olur, Cəmilin öz otağının pəncərəsindən həmin məzar aydınca görünür"- bunu anası Rumiyyə xanım deyir.

"Cəmilin şəhid olduğunu ilk eşidəndə də, onu torpağa tapşıranda da ağlamadım. Mənim üçün o, var, yaşayır və bir də torpaq kimi namusumuzu qoruyanlara  bizimlə deyillər deyə bilmərik" -bunu isə atası Anar müəllim deyir. 

Qeyd edək ki, qəhrəmanımızın göstərdiyi igidlik  dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Bizim.Media-nın şəhidimizlə bağlı hazırladığı videosüjeti təqdim edirik:


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

End of content

No more pages to load

RADİO