ASGA Şimali Kipr Türk Cümhuriyyətində "Qarabağda milli-mədəni irs" adlı tədbir keçirib: AGENTLİYİN DƏSTƏYİ İLƏ - FOTO

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Qarabağla bağlı tədbir həyata keçirib. Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qarabağda milli-mədəni irs” layihəsi çərçivəsində reallaşıb.

Bizim.Media xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyəti TMT Mücahidlər Dərnəyinin baş qərargahının rəhbəri Celal BAYAR, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin QHT Kommunikasiyalar üzrə müşaviri Lətif Akça, Əlillər İdmanı Federasiyasının prezidenti Ahmet Akdeniz, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin xüsusi müşaviri Gökhan Gülər, YDÜ Kompüter Mühəndisliyi Departamentinin rəhbəri, Tətbiqi Süni İntellekt Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Rahib Abıyev, Kipr Azərbaycan Diaspor Mərkəzi İdarə Heyətinin sədri Raul Dinyev, Kipr Azərbaycan Diaspor Mərkəzinin Baş Katibi Toğrul Abbasov, Kadri Fellahoğlu, Senar Ekrem Koreli, QHT və media nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səslənməsi və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb. 


Tədbiri giriş sözü ilə açan Kipr Azərbaycan Diaspor Mərkəzinin Baş Katibi Toğrul Abbasov moderator olaraq qonaqları salamladı və tədbir barədə geniş məlumat verdi. 

Sonra Kipr Azərbaycan Diaspor Mərkəzinin İdarə Heyətinin sədri Raul Dinyev çıxış edərək Azərbaycan və ŞKTC-nin əlaqələrindən və mümkün perspektivlərdən danışdı. R.Dinyev eyni zamanda Qarabağın milli-mədəni irsinin gələcək nəslə çatdırılmasının vacibliyindən danışdı.

Daha sonra Tətbiqi Süni İntellekt Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Rahib Abıyev "Qarabağın milli-mədəni irsi" mövzusunda geniş məruzə ilə çıxış etdi. 

Sonra Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin QHT Kommunikasiyalar üzrə müşaviri Lətif Akça çıxış edərək Qarabağın işğaldan azad olunmasının dünyadakı geosiyasi vəziyyəti dəyişdiyini dedi. 


Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin xüsusi müşaviri Gökhan Gülər isə çıxışında hər iki ölkənin əlaqələrindən və bu əlaqələrin perspektivlərindən danışdı. 

Sonra TMT Mücahidlər Dərnəyinin baş qərargahının rəhbəri Celal BAYAR çıxış edərək ŞKTC-nin taleyinin Qarabağ taleyinə oxşar olduğunu dedi. 

ASGA sədr müşaviri Nərmin Abbasova çıxışında layihənin bütün türkdilli ölkələrdə reallaşdırılmasının vacibliyindən danışdı. 

ASGA sədri Səbuhi Abbasov isə çıxışında Qarabağla bağlı ilk tədbirin ŞKTC-da keçirilməsinin tarixi hadisə olduğunu dedi. S.Abbasov Qarabağın işğaldan azad olunmasının təkcə Azərbaycana deyil, bütün türk dünyasına fayda verdiyini deyib: "30 il ərzində ermənilər məscidlərimizi donuzxanaya çevirdilər, tarixi alban kilsələrini, milli-mədəni nümunələrimizi erməniləşdirməyə çalışdılar. Bu gün onların arzusu ürəklərində qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızı terrorçulardan təmizlədi, Dəmir Yumruq ermənilərin başını əzdi. Bu gün Qarabağımız dirçəlir, yenidən qurulur. Layihəni dəstəklədiklərinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm."

Sonda ASGA tərəfindən hazırlanmış qısametrajlı "Zəfərə gedən yol" filmi geniş ictimaiyyətə təqdim olundu. 

Tədbirin yekununda iştirakçılara ASGA adından Fəxri diplomlar və hədiyyələr təqdim edilib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

End of content

No more pages to load

RADİO