“Qırmızı xətt”in SİRRİ AÇILDI - İran Zəngəzurdan, yoxsa milyardlarını itirməkdən qorxur? – TƏHLİL

İran birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasını istəmir. Rəsmi Tehran bu dəhlizin açılmasını özləri üçün “qırmızı cizgi”nin keçilməsi kimi dəyərləndirir.

Bəs, İran Zəngəzur dəhlizinin bərpasına niyə razı deyil?
 

MÖVZU İLƏ BAĞLI:

İranın Zəngəzur FOBİYASI – Tehran “qırmızı xəttinə” görə dostları ilə DÜŞMƏN OLACAQ?


Bu sualın ətrafında bu günə qədər çoxsaylı iddialar səslənib. Məsələn, iddialara görə, İran Zəngəzur dəhlizinin bərpasını ona görə istəmir ki, özü bu dəhlizdən kənarda qalır. Doğrudur, İranın da bu dəhlizə birbaşa çıxış imkanı var. Amma bütün hallarda İran bu marşrutda birbaşa tranzit ölkəsi deyil.

Digər bir ehtimal odur ki, bu dəhliz Türk dövlətləri arasında iqtisadi əlaqələri daha da gücləndirə bilər. Bu da molla-fars rejiminin maraqlarına qətiyyən uyğun gəlmir.

Başqa bir ehtimal odur ki, İran Zəngəzur dəhlizi ilə Qərb-Şərq arasında əlaqələrin qurulmasına isti yanaşmır. Rəsmi Tehran daha çox Ermənistan ərazisindən keçməklə Gürcüstan üzərindən Avropaya çıxışın lehinədir. Bunun üçün də öz imkanlarından maksimum dərəcədə yararlanmağa çalışır. Hətta Hindistan,  Gürcüstan və digər ölkələri bu layihəni dəstəkləməyə çağırır.

Bəli, bu ehtimalların hamısında həqiqət var. Amma bu fikirlər molla-fars rejiminin gizli və məkrli niyyətinin tam mənzərəsini əks etdirmir.

Bəs əsl səbəb nədir?

Məlum olduğu kimi 30 illik işğal dövründə Qarabağ və ətraf ərazilər Ermənistan üçün narkoticarətin məkanı olub. İşğal altında olan bölgədə  yüzlərlə  hektar ərazidə narkotik plantasiyaları salınıb. Azərbaycanın hüquq və xüsusi xidmət orqanları 4 ildir ki, həmin plantasiyaların məhvi ilə məşğuldur.

Ən əsası da bu ərazilər Şərqdən Qərbə uzanıb gedən narkoticarət dəhlizinin əsas hissəsi olub. Əfqanıstandan başlayan və İran üzərindən keçən narkotrafik işğal altında olan ərazilərdən və Ermənistandan keçməklə Gürcüstana, oradan da Avropaya uzanıb gedib. Bu narkotrafikə nəzarətsə əsasən İranın əlindədir. Bu bir faktdır ki, İran Ermənistan üzərindən Qərbə təkcə narkotik ötürməyib, həm də işğal altında olan ərazilərimizdə böyük ölçüdə narkotik məhsulları yetişdirilməsində yaxından iştirak edib.

İranın hazırkı əsas hədəfi

Rəsmi Tehranın əsas hədəfi 30 il ərzində qurulub, formalaşmış beynəlxalq narkotrafikin daha da inkişaf etdirilməsidir. Lakin Zəngəzur dəhlizinin bərpası İranın bu planını poza bilər. Ona görə də son 4 ildə İran birmənalı şəkildə Zəngəzur dəhlizinin bərpasına qarşı çıxıb. Azərbaycanın təzyiqləri və qətiyyəti qarşısında İran bir qədər geri çəkildi. Azərbaycanla Naxçıvan arasında quru yolun bərpası üçün öz ərazisindən dəhliz verdi. Amma nəzərə alaq ki, Ağbənddən Naxçıvana qədər əraziyə İran nəzarət edəcək. Bu da İranın məkrli planının pozulmaması ilə nəticələnəcək.

İran ona görə narahatdır ki...

Sualın birbaşa cavabına keçməzdən öncə bir məqamı xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün İrəvan Dialoq Forumunda çıxışı zaman bildirib ki, 10 noyabr byannaməsinin 9-cu maddəsində regiondakı bütün kommunikasiyaların blokadadan çıxarılması nəzərdə tutulur:

“Bura Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yolun açılması 9-cu maddənin alt bəndində təsbit olunub”.

Hazırda bir çox ekspertlər Paşinyanın fikrindəki bir frazaya xüsusi diqqət yetirirlər ki, “alt bənd” nə deməkdir?

Məlum olduğu kimi həm 10 noyabr bəyanatında, həm də 11 yanvar razılaşmasında regiondakı bütün kommunikasiya xətlərinin bərpası xüsusi bənd olaraq qeyd edilir. Ən maraqlısı da odur ki, 10 noyabr bəyanatında Zəngəzur dəhlizinə Rusiya FSB-sinin nəzarət etməsi məsələsi öz əksini tapıb. Eyni zamanda bir çox ölkələr də mallarını bu dəhlizlə daşıyacaqlar ki, bu da təhlükəsizliyin maksimum səviyyədə təmin olunmasını zəruri edir.

Bax, İran üçün də “qırmızı cizgi” bu idi. Rəsmi Tehran heç cür razı ola bilməzdi ki, Ermənistan ərazisindən keçən hissəyə üçüncü ölkə nəzarət etsin. Belə olacağı təqdirdə İrandan Ermənistana keçən narkotrafikin qarşısını kəsiləcək. Bu isə İran dövlətinə böyük ölçüdə iqtisadi zərbə olar. Çünki narkoticarətdən və narkotrafikdən İran hər il milyardlarla dollar vəsait qazanır. Təbii ki, bu narkotrafikdən Ermənistan dövləti də öz payını götürür.

Ona görə də Ermənistanın nəzarət etmədiyi Zəngəzur dəhlizinin açılması həm Tehran, həm də İrəvan üçün arzuolunan deyil. Məhz buna görə də rəsmi Tehran Zəngəzur dəhlizini özlərinin “qırmızı xətti” hesab edir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

End of content

No more pages to load

RADİO