Sağlam qidalanma, yoxsa PƏHRİZ? – Mütəxəssisdən MÜHÜM TÖVSİYƏ

Pəhriz hər zaman insanların həyatının mərkəzində olub. Kimisi arıqlamaq üçün, kimisi də sağlam qidalanma üçün pəhriz saxlamaq istəyir. Sosial mediada qarşımıza tez-tez müxtəlif pəhriz növləri çıxır. Buna görə də, insanlar ən yaxşı pəhrizin hansı olduğunu sual edirlər.

Sağlam və təsirli pəhriz növləri

Diyetoloq Ceyhunə Yusifova Bizim.Media-ya ən sağlam və təsirli qidalanma növləri ilə bağlı bəzi tövsiyələrini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq üçün bu tərəvəzləri yeyin - SİYAHI


1. Balanslı və rasional qidalanma: Bütün qida qruplarından (meyvə, tərəvəz, tam taxıl, yağlı toxumlar, balıq, ət, süd məhsulları) adekvat miqdarda istehlak etmək vacibdir.  Beləliklə, vücudunuzun ehtiyac duyduğu bütün qidaları alırsınız.

2. Mümkün qədər işlənməmiş və təzə qidalardan istifadə etmək: İşlənmiş qidalar yerinə tam taxıllar, təzə meyvə və tərəvəzlər, yağlı toxumlar, yumurta və balıq kimi daha az işlənmiş qidaları seçmək sağlamlıq üçün daha faydalıdır.

3. Zülal, lif və yağlar üçün bitki mənbələrinin seçilməsi: Qırmızı ət əvəzinə lobya, mərcimək və noxud kimi bitki mənşəli protein mənbələri;  yağ ehtiyacimiz uçun zeytun yağı, qoz və badam kimi yağlı toxumlar;  Ağ çörək əvəzinə tam taxıl çörəyini seçmək məsləhətdir.

4. Nizamlı və ölçülü qidalanma: Gündə 3 əsas yemək və qəlyanaltıya bölünən nizamlı qidalanma maddələr mübadiləsini dəstəkləyir və sağlam çəkiyə nəzarət etməyə kömək edir.

5. Yetərli maye istehlakı: Gündəlik olaraq su, ayran və meyvə şirəsi kimi mayelərin kifayət qədər istehlak edilməsi bədənin su ehtiyacını qarşılamaq üçün vacibdir.

Ən çox rastlaşdığımız pəhriz növləri

Ceyhunə Yusifova deyir ki, müxtəlif, balanslaşdırılmış, az işlənmiş və bitki qidalarına əsaslanan pəhriz ən sağlam və ən təsirli yanaşmadır. O, sağlam qidalanma baxımından sosial şəbəkələrdə qarşımıza  çıxan bəzi pəhrizlər barədə məlumat verib.

1. Aralıq dənizi pəhrizi: Zeytun yağı, tərəvəzlər, meyvələr, tam taxıllar, balıq və paxlalıların əsas qida qaynağı olduğu bir qidalanma modelidir.

2. Bitki əsaslı pəhriz: Tamamilə bitki qidalarının istehlak edildiyi, ət və heyvan mənşəli məhsulların daxil edilmədiyi bir pəhriz.

3. DASH (Hipertenziyanı dayandırmaq üçün pəhriz yanaşmaları) Pəhriz: Tərəvəz, meyvə, tam taxıl və az yağlı məhsullardan ibarət yüksək qan təzyiqi riskini azaltmaq üçün nəzərdə tutulmuş pəhriz.

4. Flexitarian Diet: Bu çevik vegetarian pəhrizdir və əsas qida mənbəyi bitki qidaları olsa da, ət də bəzən istehlak edilə bilər.

5. Paleo Pəhriz: İnsan növünün ovçu-toplayıcı dövrünə əsaslanan, işlənməmiş təbii qidaların (ət, balıq, tərəvəz, meyvə, paxlalılar, yağlı toxumlar) istehlak edildiyi qidalanma yanaşması.

6. Keto (Ketogenik) Pəhriz: Karbohidrat qəbulunun çox az olduğu, bədənin yağ yandırmasını hədəfləyən pəhriz növü.

“Bu əsas pəhriz növləri arasında fərdin sağlamlıq vəziyyətinə, həyat tərzinə və seçimlərinə ən uyğun olanı müəyyən etmək vacibdir”, -deyə diyetoloq vurğulayıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

End of content

No more pages to load

RADİO