“Xalq Cümhuriyyəti” ili elan edilən 2018-ci il Azərbaycanın şanlı tarixi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə də əlamətdardır. Moderator.az bu silsilədə Cümhuriyyət tarixi, onun xadimləri və fədailərindən, cəmi 23 ay yaşayan dövlətin ictimai-siyasi, diplomatik fəaliyyətindən və s. bəhs edir. Lakin çatışmayan bəzi məsələlərə də toxunmaq lazım gəlir.xa0
Tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublu Moderator.az-a açıqlamasında Cümhuriyyətin qurucularından olan M.Ə.Rəsulzadə haqqında maraqlı bilgilərin dərsliklərə salınmasını tövsiyyə edib:
“Rəsulzadə ilə bağlı məlumatlar dərsliklərə salınmalıdır. Ona görə ki, şagirdlər daim həmin faktlarla, məlumatlarla kontaktda ola bilsinlər. Dərslik elədir ki, hər zaman orta və ali məktəblərdə keçirilir. Şagird və tələbələr bu səbəbdən, hər zaman dərsliyi oxumaq məcburiyyətindədir. Bu çox vacib məsələdir. Rəsulzadənin həyatı, fəaliyyəti, əsərləri, Azərbaycanın istiqlalı uğrunda apardığı mücadilə, o mübarizənin məqamları dərsliklərə salınmalıdır ki, şsgirdləri də bir vətəndaş olaraq tərbiyə etsin. Özü də Rəsulzadə ilə bağlı ən maraqlı və vacib məqamlar seçilməlidir ki, onların tərbiyəvi, maarifləndirici yükü də çox olsun.xa0
Bu gün bizdə Rəsulzadə ilə bağlı çatışmayan əsas məsələlərdən biri də məhz budur".xa0
Elmin Nuri