"Anasını vurduğu üçün irad tutdu" - 2 nəfəri öldürən şəxsin MƏHKƏMƏSİNDƏN

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işində növbəti məhkəmə prosesi baş tutub.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərmin Məmmədova dindirilib.

O, təqsirləndirilən şəxsin kafesində qabyuyan işlədiyini bildirib: "Həmin gün təqsirləndirilən şəxs olan Arif Bəhərçiyev çoxlu spirtli içki qəbul etmişdi, sərxoş halda idi. Ümumiyyətlə həmin gün 31 dekabr - Yeni il bayramına təsadüf etdiyindən müştərilərimiz çox idi.

Həmin gün Arifin atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağıranda anası özünü eşitməməzliyə qoydu. Birdən Ariflə anası arasında dava düşdü. Arif əsas zala keçdi, ardınca isə kababçımız Namiq zala daxil oldu. Onlar arasında baş verən davanın şahidi oldum. Namiq Arifə irad tutdu ki, niyə ananı vurmusan, onu söymüsən? Arifin bıçaq götürdüyünü gördüm. Namiqin üstünə hücum etdi, Ramil adlı daimi müştərimiz də onları aralamaq istədi. Arif Namiqin qarnına bıçaq vurdu. Namiq hər iki əli ilə qarnını tutub uzaqlaşmaq istədi. Ardınca da onları aralamaq istəyən Ramili də vurdu".

Daha sonra hakim iş üzrə dindirilməli olan şahidlərin məhkəməyə gəlməsinin vacibliyini vurğulayıb.

Bu səbəbdən məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəzçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

Pensiyaçıların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Pensiyaçıların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub

WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub

Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Həyatı əbədi dəyişəcək 4 bürc

Həyatı əbədi dəyişəcək 4 bürc

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

End of content

No more pages to load

RADİO