Füzuli rayonda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Elgün Bəylərov həyatını itirdiyi hadisə “Toyota” və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində baş verib.
Qəza zamanı "Toyota"nın sürücüsü, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və onun sərnişini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu