Mavi Səma üçün Təmiz Hava Günündə Abşeron Milli Parkında tədbir keçirilib - FOTO

Hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunan 7 Sentyabr - Mavi Səma üçün Təmiz Hava Günü Abşeron Milli Parkında qeyd olunub.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, master-klas, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramlar təşkil edilib.

Mavi Səma üçün Təmiz Hava Gününün 2019-cu ildən BMT tərəfindən təsis olunduğunu, 2020-ci ildən bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edildiyini xatırladan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib:

“Bu günün məqsədi qlobal iqlim dəyişmələrinə ictimaiyyətin diqqətinin artırılması və bu sahədə təşəbbüslərin dəstəklənməsidir. 

Bu gün münasibətilə keçirilən qaçış yarışında, həm atletlər, həm də əməkdaşlıq etdiyimiz qurumların nümayəndələri iştirak etdilər. Milli parkda təşkil olunan tədbirdə bütün yaş kateqoriyasından iştirakçılar var. Məqsədimiz cəmiyyəti havanın təmiz saxlanılması üçün həmrəyliyə dəvət etməkdir.

Məlumdur ki, bu il Azərbaycanda COP29 tədbiri keçiriləcək. Tədbirə dünyanın 200-dən çox ölkəsindən 60-70 min iştirakçının qatılacağı gözlənilir. Düşünürük ki, həm qlobal istiləşməyə, həm də qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına Bakıda keçiriləcək COP tədbirinin, müzakirə olunacaq məsələlərin və alınacaq qərarların müsbət təsiri olacaq. Bugünkü tədbir də COP çərçivəsində həyata keçirilən tədbirlərdən biridir”.

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov bugünkü tədbirin əsas məqsədlərindən birinin həm gəncləri, həm də könüllüləri idman, ayrı-ayrı ekoloji aksiyalar vasitəsilə nəinki ölkəmizdə, dünyada olan ekoloji problemlərin həllinə cəlb etmək, ətraf mühitə qarşı dost münasibəti gələcək nəsillərə ötürmək olduğunu deyib:

“Bu cür tədbirlər vasitəsilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə ekoloji problemlərin həllində gənclərin fəal iştirakına çalışırıq.

Gənclərin bu istiqamətdə aktiv iştirakının təmin edilməsi ilə bağlı ölkəmizdə xeyli işlər görülüb. Gənclər Fondu nəinki paytaxtda, həmçinin regionlarda da müxtəlif tədbirlər həyata keçirir. Düşündük ki, Abşeron Milli Parkında da belə bir tədbirin keçirilməsi gənclərimiz və ölkəmiz üçün çox maraqlı olacaq”.

Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə Abşeron və Şirvan milli parklarında “Açıq qapı” günü keçirilib, ziyarətçilər üçün giriş sərbəst olub.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Veteran pulu ARTIRILACAQ?

Veteran pulu ARTIRILACAQ?

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

End of content

No more pages to load

RADİO