“Eurovizion-2018”-lə bağlı püşkatma keçirildi, Azərbaycan...

Məlum olduğu kimi, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində ölkəmizi gənc ifaçı Aysel Məmmədova təmsil edəcək. Artıq mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib.

İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər. Azərtac-ın məlumatına görə, püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq. Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Xatırladaq ki, “Eurovizion-2018”-də Azərbaycanı təmsil edəcək Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. Daha sonra isə 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel “Caspian Jazz & Blues Festival” (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Gənc ifaçı 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib. Gənc ifaçı həmçinin pianoçu və bəstəkardır.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

End of content

No more pages to load

RADİO