Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi BU ŞƏRTLƏRLƏ veriləcək

“Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası" “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 14 dekabr 2023-cü il tarixli fərmanına əsasən hazırlanıb.

Bizim.Media xəbər verir ki, Qayda Universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir.

Qaydada nəzərdə tutulan hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsi proseduru və şərtləri dövlət başçısının 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək - FƏRMAN


Qaydada istifadə olunan anlayışlar İpoteka kreditinin verilməsi Qaydasında müəyyən edilmiş mənaları ifadə edir. Onun müddəaları 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.

2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərilir.

Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.

İlkin ödəniş İpoteka kreditinin verilməsi Qaydasına əsasən müəyyən edilmiş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 %-dən çox olmamaqla, güzəştli ipoteka kreditindən istifadə etməklə satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 %-i məbləğində verilir. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 %-i qədər olur. üzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və yaxud borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin bu Qaydada nəzərdə tutulmuş həcmində müəyyən edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Veteran pulu ARTIRILACAQ?

Veteran pulu ARTIRILACAQ?

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

End of content

No more pages to load

RADİO