Onlayn alış-veriş zamanı DƏLƏDUZLUQ – Aldanmamaq üçün bu məqamlar diqqət etmək VACİBDİR

Artıq insanlar onlayn sifarişə daha da üstünlük verməyə başlayıblar. Onlar bunu müxtəlif alış-veriş proqramlarıyla yanaşı, sosial medialardakı alış-veriş səhifələri vasitəsilə də edirlər. Ancaq bəzən burada mənfi hallara da rast gəlinir. 

Bu cür halla qarşılaşan İbrahimova Zəhra (şərti ad) Bizim.Media-ya deyib ki, o,  “İnstagram” platforması üzərindən geyim sifariş verib, səhifə sahibi ona ödənişin öncədən edildiyini deyib. O, ödənişi göndərib. Ancaq vətəndaş daha sonra həmin səhifə tərəfindən bloka atılıb, başqa nömrələrdən yazsa da, oradan da ya cavab verilməyib, ya da yenə bloka atılıb. Müsahib bildirib ki, səhifə hələ də paylaşımlar etməyə davam edir, həmçinin, etdikləri mənfi rəylər səhifə tərəfindən silinir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb - RƏSMİ


Bir çox insan gündəlik həyatında bu hallarla tez-tez qarşılaşır

Onlara maraqlıdır ki, belə halların hüquqi məsuliyyəti nədir? Bu zaman ziyan çəkənlər hara müraciət etməlidirlər?

Hüquqşünas Aysel Süleymanova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ənənəvi alış-verişdə olduğu kimi onlayn alış-verişdə də alıcı, istehlak hüquqlarını  qoruyan qanunvericilik keçərlidir.  O, onlayn alış-veriş zamanı mənfi hallarla rastlaşmamaq üçün vətəndaşlara bəzi məsləhətlər verib.

“Onlayn alış-veriş zamanı xoşagəlməz hallarla üzləşməmək üçün bəzi məsələlərə diqqət yetirmək vacibdir. İlk növbədə, satıcının sahibkar statusunun olub-olmamasına, VÖEN  üzrə fəaliyyət göstərib-göstərməməsinə, Vergilər Xidməti üzrə qeydiyyatdan keçib-keçməməsinə diqqət yetirmək lazımdır. 

Əks halda, bu, qanundan kənar fəaliyyətdir və alınan məhsulda bir problem olduğu və ya məhsul verilmədiyi zaman həmin şəxsə qarşı iddia qaldırmaq üçün əldə məlumat olmalıdır.  Çünki onun bu sadalanan xüsusiyyətləri olduqda həmin şəxsi tapmaq üçün məlumatlar olur.  İkinci növbədə, pulu ödədiyinizə dair hər hansı bir qəbz verilib-verilməyəcəyini dəqiqləşdirməyiniz lazımdır”. 

Aldadılan müştəri hara müraciət edə bilər? 

Müsahibimizin sözlərinə görə bu halda qanunvericiliyə əsasən, bu, dələduzluq halı sayılır və vətəndaş bu zaman Daxili İşlər Nazirliyinə müraciət edə bilər.  O həmin səhifəylə arasındakı yazışmaları, ödədiyi məbləğin qəbzini təqdim etməlidir ki,  polis orqanları bunu araşdırıb hüquqi qiymət versinlər. Onu da deyim ki, bu halları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir”, - deyə hüquqşünas qeyd edib. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Sərxoş halda avtomobil idarə edən Britni Spirsdən AÇIQLAMA

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Yeni saat kolleksiyası yaranır: “Royal Pop”

Veteran pulu ARTIRILACAQ?

Veteran pulu ARTIRILACAQ?

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

"Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Arxeoloqlar ağzınacan qızılla dolu məzar tapıblar – Sirli bir sivilizasiyaya aiddir

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Yunanıstanın məşhur mavi-ağ evlərinin real tarixi – Bu rənglər əhalini xəstəlikdən necə qorudu?

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

Bəstəkarlar İttifaqı illərdir yığılmış üzvlük haqqını tələb edir - FOTO

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanılıb

End of content

No more pages to load

RADİO