Toğrul Rzayev qohumunun tapşırıqlarını icra edib - Binəqədidə baş verən partlayışla bağlı MƏHKƏMƏDƏN

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatıarı dəqiqləşdirilib.

Toğrul Rzayevin vəkili bildirdi ki, müdafiə etdiyi şəxs yeni ailə qurub: “Öhdəliyində yaşlı anası, yoldaşı və körpəsi var. Evdə təkcə o işləyir. Müdafiə etdiyim şəxs orada müqaviləsiz çalışıb.

Müqaviləsiz işlədiyi üçün o cinayət məsuliyyəti daşımır, cavabdeh deyil. Qərar verərkən bunları nəzərə almağınızı xahiş edirəm”.

Tağı İbrahimovun vəkili isə çıxışında qeyd edib ki, ittihamda göstərilən vergi borcları, zərərçəkənlərin bir qisminə dəymiş ziyan ödənilib.

Təqsirləndirilən şəxslərin vəkilləri həbsin ev dustaqlığı ilə dəydilrilməsi barədə vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin etməyib.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Leninin yaxın qohumu vəfat etdi

Leninin yaxın qohumu vəfat etdi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

End of content

No more pages to load

RADİO